Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri vəzifəsinə təyinat olub

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri vəzifəsinə təyinat olub Samir Ayət oğlu Hidayət oğlu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin idarə heyətinin sədri təyin edilib.
Daxili siyasət
19 İyul , 2022 16:31
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri vəzifəsinə təyinat olub
İlham Əliyev

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə Samir Ayət oğlu İdayətov təyin edilib.

Qeyd edək ki, Samir Ayət oğlu İdayətov 10 may 1980-ci il təvəllüdlüdür. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 2001-2003-cü illərdə həmin Universitetdə magistr dərəcəsinə yiyələnib. 2011-2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə üzrə əlavə ali təhsil alıb. 2003-2004-cü il tarixlərində hərbi xidmətdə olub. 2002-2017-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, 2017-ci ildə Dövlət Toxum Fondunda sədr, şöbə müdiri işləyib. 2018-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis müavini, 2020-ci ildə "Azərbaycan Yaşıllaşdırma və Landşaft quruluşu" ASC-də sədr müavini olub. 10.11.2021-ci ildən yeni təyinata qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının Daxili Nəzarət və Audit şöbəsinin müdiri vəzifəsində işləyirdi.

Ailəlidir, 3 övladı var.

Son xəbərlər

Orphus sistemi