Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibini təsdiqləyib.
"Report"un məlumatına görə, qərarla kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşib. Qərara əsasən, kollegiyanın sədri vəzifəsinə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov təsdiqlənib.
Kollegiyanın üzvləri:
Hacıyev Valeh Tofiq oğlu - Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini
Səmədov Abutalıb Qəmbər oğlu - Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
Qurbanov Nəriman Əhmədağa oğlu - Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri
Əliyev Rizvan Bayramqulu oğlu - Diasporla İş üzrə Dövlət Komitəsinin I ərazi şöbəsinin müdiri
Məmmədov İlham Hacı oğlu - Diasporla İş üzrə Dövlət Komitəsinin II ərazi şöbəsinin müdiri
Nəcəfov Fizuli Tarverdi oğlu - Diasporla İş üzrə Dövlət Komitəsinin III ərazi şöbəsinin müdiri
Vəliyev Cavanşir İnqlab oğlu - Diasporla İş üzrə Dövlət Komitəsinin IV ərazi şöbəsinin müdiri
Miraləm Elşad Mircavad oğlu - Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri