​Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin maaşı artırılıb

​Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin maaşı artırılıb Dəyişikliklə bağlı sənədi Prezident İlham Əliyev imzalayıb
Daxili siyasət
29 Fevral , 2016 17:58
​Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin maaşı artırılıb

Bakı. 29 fevral. REPORT.AZ/ “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli fərmanında dəyişiklik edilib.

“Report”un xəbərinə görə, dəyişikliklə bağlı sənədi Prezident İlham Əliyev imzalayıb.

Dəyişikliyə əsasən, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.

İndiyədək bu rəqəm 25 faiz idi.

Sərəncamla Nazirlər Kabinetinə (NK) Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, NK-nın Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentinə məlumat vermək tapşırılıb.

Fərman 2016-cı il martın 1-dən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi