Dövlət başçısı: “Gələcəyə böyük nikbinliklə baxırıq”

Dövlət başçısı: “Gələcəyə böyük nikbinliklə baxırıq” Bakı. 18 aprel. REPORT.AZ/ “Azərbaycanda güclü siyasi iradə, maliyyə resursları var. Öz əməyimizlə bu maliyyə resurslarını yaratmışıq. Biz indi öz hesabımıza yaşayırıq”.
Daxili siyasət
18 Aprel , 2018 14:51
Dövlət başçısı: “Gələcəyə böyük nikbinliklə baxırıq”

Bakı. 18 aprel. REPORT.AZ/ “Azərbaycanda güclü siyasi iradə, maliyyə resursları var. Öz əməyimizlə bu maliyyə resurslarını yaratmışıq. Biz indi öz hesabımıza yaşayırıq”.

“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, ölkədə xalq-iqtidar birliyi var: “Gələcəyə böyük nikbinliklə baxırıq. Hamımızın amalı odur ki, ölkəmiz güclənsin, daha qüdrətli olsun, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasın. Bütün bu uğurlar müstəqillik dövründə mümkün olub. Azərbaycan xalqı müstəqilliyin üstünlüklərinin nədən ibarət olduğunu görür. Taleyimiz öz əlimizdədir, taleyimizin sahibiyik. Biz yalnız müstəqillik dövründə belə uğurlara nail ola bilərdik. Müstəqillik bizim üçün ən böyük sərvətdir, nemətdir, xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbə yolu ilə gedəcəyik”.

Son xəbərlər

Orphus sistemi