Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqana yol hərəkətini qadağan etmək səlahiyyəti verilir

Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqana yol hərəkətini qadağan etmək səlahiyyəti verilir Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub
Daxili siyasət
13 Oktyabr , 2016 11:20
Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqana yol hərəkətini qadağan etmək səlahiyyəti verilir

Bakı. 13 oktyabr. REPORT.AZ/ Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqana yol hərəkətini müvəqqəti məhdudlaşdırmaq və ya qadağan etmək səlahiyyəti verilir.

"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən birgə iclasında “Yol hərəkəti haqqında” qanunun 12-ci maddəsinə əlavələr edilməsi təklifi müzakirəyə çıxarılıb.

Bu qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.

Dəyişiklik layihəsinə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparılırsa, orada əməliyyatı aparanlara yol hərəkətini müvəqqəti məhdudlaşdırılmaq və ya qadağan etmək səlahiyyəti verilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi