DİN-in göstərdiyi “Elektron xidmət növlərinin Siyahısı”na dəyişiklik edilib

DİN-in göstərdiyi “Elektron xidmət növlərinin Siyahısı”na dəyişiklik edilib Sənədi baş nazir Artur Rasi-zadə imzalayıb
Daxili siyasət
14 İyul , 2017 09:15
DİN-in göstərdiyi “Elektron xidmət növlərinin Siyahısı”na dəyişiklik edilib

Bakı. 14 iyul. REPORT.AZ/ Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib.

“Report”un xəbərinə görə, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Sənədə əsasən, “Elektron xidmət növlərinin Siyahısı”na yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları da əlavə edilib. Belə ki, bundan sonra Daxili İşlər Nazirliyi (DİN) tərəfindən göstərilən elektron xidmətlər siyahısında yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi də olacaq.

Son xəbərlər

Orphus sistemi