Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadınlardır

Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadınlardır Azərbaycanda namizədliyi qeydə alınan 246 namizəd siyasi partiyaların siyahıları ilə irəli sürülüb.
Daxili siyasət
278
8 Fevral , 2020 15:36
Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadınlardır
Report/Firudin Səlimov

Azərbaycanda namizədliyi qeydə alınan 246 namizəd siyasi partiyaların siyahıları ilə irəli sürülüb.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, namizədlərdən 1 057-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi qadınlardır. 

Son xəbərlər

Orphus sistemi