Deputat: “İki min manatdan az əmlak xarakterli mübahisələrə Ali Məhkəmədə baxılmaması təklif edilir"

Deputat: “İki min manatdan az əmlak xarakterli mübahisələrə Ali Məhkəmədə baxılmaması təklif edilir" Rafael Cəbrayılov: "İddianın məbləği az olan hallarda məhkəmə çəkişmələrinin Ali Məhkəmədə kassasiya instansiyasında da davam etdirilməsi lüzumsuzdur”
Daxili siyasət
27 Oktyabr , 2017 18:14
Deputat: “İki min manatdan az əmlak xarakterli mübahisələrə Ali Məhkəmədə baxılmaması təklif edilir

Bakı. 27 oktyabr. REPORT.AZ/ Mülki Prosessual Məcəlləyə yeni dəyişiklik təklif edilir.

“Report” xəbər verir ki, təklif edilən dəyişikliyə əsasən, iddia məbləği 2 min manatdan, iqtisadi mübahislərə dair işlər üzrə iddia məbləği 10 min manatdan az olan əmlak xararkterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov “Report”a deyib ki, məcəlləyə 404-1-ci maddə əlavə edilir: “Bu maddə apellyasiya instansiya məhkəməsinin iddia məbləği 2 min manatdan, iqtisadi mübahislərə dair işlər üzrə iddia məbləği 10 min manatdan az olan əmlak xararkterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməməsi qaydasını müəyyən edir. Azərbaycanda 3 pilləli məhkəmə sistemi mövcuddur: birinci instansiya məhkəməsi, apellyasiya məhkəməsi və Ali məhkəmə. Bu, demokratik ölkələrin məhkəmə təcrübəsinə uyğundur. İşlərə baxılmasının obyektivliyini təmin edilməsi, habelə məhkəmə səhvlərinin aradan qaldırılması baxımından səmərli sistemdir. Amma bəzən iddianın məbləği az olan hallarda belə, məhkəmə çəkişmələrinin Ali Məhkəmədə kassasiya instansiyasında da davam etdirilməsi lüzumsuz görünür”.

Qeyd edək ki, layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi