Deputat: "Əfv sərəncamı dövlət başçısının nə qədər humanist olmasının göstəricisidir"

Deputat: "Əfv sərəncamı dövlət başçısının nə qədər humanist olmasının göstəricisidir" "Prezidentin əfv sərəncamı ilə 213 nəfərin azadlığa buraxılması kiçik rəqəm deyil, bu dövlət başçısının nə qədər humanist olmasının göstəricisidir".
Daxili siyasət
28 May , 2022 11:13
Deputat: Əfv sərəncamı dövlət başçısının nə qədər humanist olmasının göstəricisidir
Jalə Əhmədova

"Prezidentin əfv sərəncamı ilə 213 nəfərin azadlığa buraxılması kiçik rəqəm deyil, bu dövlət başçısının nə qədər humanist olmasının göstəricisidir".

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əhmədova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün ikiqat sevinc yaşanır: "Bayram bayrama qarışıb. Azərbaycan 28 May - Müstəqillik Gününü qeyd edir. Bir yandan da sevincliyəm ki, əfv sərəncamı ilə azadlığa çıxan iki xanım öz ailəsinə, doğmalarına qovuşur. Biz qalib ölkəyik. Bu cür humanist addımı da yalnız qalıb ölkənin lideri edə bilərdi. Xanımlarımıza yollarının bir daha bura düşməməsini arzulayıram".

Son xəbərlər

Orphus sistemi