Deputat: “Beynəlxalq ictimaiyyət azərbaycanlıların soyqırımına hüquqi və siyasi qiymət verməyib”

Deputat: “Beynəlxalq ictimaiyyət azərbaycanlıların soyqırımına hüquqi və siyasi qiymət verməyib” “Təəssüf ki, beynəlxalq ictimaiyyət ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımına hüquqi və siyasi qiymət verməyib”.
Daxili siyasət
31 Mart , 2023 11:55
Deputat: “Beynəlxalq ictimaiyyət azərbaycanlıların soyqırımına hüquqi və siyasi qiymət verməyib”
Hikmət Babaoğlu

“Təəssüf ki, beynəlxalq ictimaiyyət ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımına hüquqi və siyasi qiymət verməyib”.

Bunu "Report"un Şimal bürosuna açıqlamasında Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı və dövləti inkişaf mərhələsində çox ağır məşəqqətlərdən keçib: “1918-ci ilin martın 30-dan aprelin 4-dək ölkəmizin bütün ərazisində və bugünkü Azərbaycanın sərhədlərindən kənarda etnik azərbaycanlıların yaşadığı ərazilərdə ermənilər tərəfindən soyqırımı törədilib. Təəssüf ki, buna hüquqi, siyasi qiymət verilməyib. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaratmışdı. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti uzun yaşamadığına görə bu məsələ yarımçıq və problem olaraq qaldı”.

Deputat xatırladıb ki, yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib: “Bununla da biz tariximizin acı səhifələrini öyrənməyə və öyrətməyə başladıq. Azərbaycanlılara qarşı törədilən soyqırımı Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə edib. Qubada yaşayanlar da milli, etnik tərkibindən asılı olmayaraq erməni soyqırımına məruz qalıblar”.

Qeyd edək ki, Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda konfrans keçirilir.

Son xəbərlər

Orphus sistemi