Dağıstan rəhbəri Prezident İlham Əliyevi seçkidə qələbə qazanması münasibətilə təbrik edib

Dağıstan rəhbəri Prezident İlham Əliyevi seçkidə qələbə qazanması münasibətilə təbrik edib Bakı. 13 aprel. REPORT.AZ/ Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev Azərbaycan Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
Daxili siyasət
13 Aprel , 2018 13:30
Dağıstan rəhbəri Prezident İlham Əliyevi seçkidə qələbə qazanması münasibətilə təbrik edib

Bakı. 13 aprel. REPORT.AZ/ Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev Azərbaycan Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. 

"Report" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Səsvermənin nəticələri Azərbaycan xalqının Sizə yüksək etimadını, ölkənin dinamik inkişafı və vətəndaşların sosial rifahının yüksəldilməsi üçün həyata keçirdiyiniz siyasəti dəstəklədiyini göstərdi.

Hörmətli İlham Heydər oğlu, Sizə nəzərdə tutduğunuz planları həyata keçirərək yeni zirvələrə çatmağı, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm".

Son xəbərlər

Orphus sistemi