Bakıda dağılmaq təhlükəsi ilə üz-üzə olan tarixi hamam reyestrə daxil ediləcək

Bakıda dağılmaq təhlükəsi ilə üz-üzə olan tarixi hamam reyestrə daxil ediləcək Yasamal rayonu, Süleyman Tağızadə küçəsi 76 ünvanında yerləşən tarixi hamam daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil ediləcək.
Daxili siyasət
22 May , 2024 16:05
Bakıda dağılmaq təhlükəsi ilə üz-üzə olan tarixi hamam reyestrə daxil ediləcək

Yasamal rayonu, Süleyman Tağızadə küçəsi 76 ünvanında yerləşən tarixi hamam daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil ediləcək.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, həmin tarixi tikili reyestrə daxil edilməsi üçün qeydiyyata alınıb və lazımi sənədləşmə işləri aparılıb.

Hamamın reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirilir. Tarixi tikili xüsusi mülkiyyətdədir.

Xatırladaq ki, sosial şəbəkələrdə həmin yeraltı hamamın fotoları yayılmışdı. Bakı sakinləri fərdi həyətin içərisində olan bu tarixi tikilinin qorunmadığını, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını qeyd ediblər.

Foto: Farida Ziyadova

Son xəbərlər

Orphus sistemi