Çingiz Qənizadə “Şöhrət” ordeni ilə təltif edilib

Daxili siyasət
  • 31 iyul, 2017
  • 14:02
Çingiz Qənizadə “Şöhrət” ordeni ilə təltif edilib

Bakı. 31 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Çingiz Qənizadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncama əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Çingiz Aşralı oğlu Qənizadə “Şöhrət” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, Ç.Qənizadənin 60 yaşı tamam olur.