Çingiz Qənizadə: "Leyla Yunus özünün maraqları üçün ətrafdakıları həmişə zərbə altında qoyub"

Çingiz Qənizadə: "Leyla Yunus özünün maraqları üçün ətrafdakıları həmişə zərbə altında qoyub" Bakı. 8 dekabr. REPORT.AZ/ “Leyla Yunus heç zaman hər hansı vətəndaşın hüquqlarını müdafiə etməyib, hər hansı məhbusun azadlığa qovuşmasında rol oynamayıb”.
Daxili siyasət
8 Dekabr , 2017 12:16
Çingiz Qənizadə: Leyla Yunus özünün maraqları üçün ətrafdakıları həmişə zərbə altında qoyub

Bakı. 8 dekabr. REPORT.AZ/ “Leyla Yunus heç zaman hər hansı vətəndaşın hüquqlarını müdafiə etməyib, hər hansı məhbusun azadlığa qovuşmasında rol oynamayıb”.

“Report”un məlumatına görə, bunu Milli Məclisin deputatı Çingiz Qənizadə vəkil Elçin Qəmbərovun Leyla Yunusun məhbəs həyatı barədə qələmə aldığı “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitabın təqdimatında deyib.

Ç.Qənizadə bildirib ki, Leyla Yunusun heç bir hüquq müdafiəçisi ilə normal münasibəti olmayıb. Deputat vurğulayıb ki, Leyla Yunus həmişə öz maraqlarını hər şeydən üstün tutub: “Biz həmişə düşünürdük ki, hər hansı məhbusa görə gedib xaricdə kimlərləsə oturub danışmaqla məsələ həll etmək düzgün deyil, məsələ ölkə daxilində həll olunmalıdır. Ancaq Leyla Yunus bu məsələləri xaricə çıxarmaqla pul qazanmaq məqsədi güdürdü. Leyla Yunusun məqsədi o olub ki, hüquq müdafiəçisi adı altında varlansın, Azərbaycan əleyhinə iş aparmaqla qrantlar alsın”.

O deyib ki, Leyla Yunus özünün görmədiyi hadisəni qələmə alıb və onu xaricə satmaqla pul qazanıb: “Belə hüquq müdafiəçisi olmur. Mənə bir adam göstərin ki, Leyla Yunus onu müdafiə edib, azadlığa buraxdırıb. Onun məqsədi həmişə özünün şəxsi maraqlarına xidmət etmək olub. Bu adam Saxarov mükafatı almağı düşünür. Leyla Yunus bir adama da kömək etmədiyi halda belə mükafat almağa çalışır. Bu gün təqdim olunan kitabdan da gördüm ki, bu adam haqqında yanılmamışam. Bu adam özünün maraqları üçün ətrafdakıları həmişə zərbə altında qoyub. Leyla Yunus müxtəlif adlar altında xaricdən qrantlar alıb və o pulları ölkədən çıxarıb”.

Deputat vurğulayıb ki, Leyla Yunus həmişə ədəbsiz hərəkətləri ilə yadda qalıb: "Həkimlərə qarşı ədəbsizlik, polislərə qarşı ədəbsizlik... O, həbs olunan zaman polis əməkdaşının papağını yerə atdı. Amma polis təxribata uymadı".

Son xəbərlər

Orphus sistemi