Çevik Polis Alayında Ramil Usubovun iştirakı ilə əməliyyat müşavirəsi keçirilib

Daxili siyasət
  • 12 yanvar, 2016
  • 09:01
Çevik Polis Alayında Ramil Usubovun iştirakı ilə əməliyyat müşavirəsi keçirilib

Bakı. 12 yanvar. REPORT.AZ/ Bu gün Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayında 2015-ci ilin yekunlarına həsr edilmiş əməliyyat müşavirəsi keçirilib. “Report” xəbər verir ki, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Tədbirdə məruzələr dinlənilib, 2015-ci il ərzində görülən işlər və 2016-cı ildə qarşıya qoyulan məsələlər müzakirə edilib.