Cənub bölgəsində seçici fəallığı müşahidə olunur - FOTO - VİDEO
- 09 fevral, 2020
- 10:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Cənub bölgəsində seçici fəallığı müşahidə olunur.
“Report”un Cənub Mərkəzinin verdiyi məlumata görə Milli Məclisə keçirilən seçkilərlə bağlı Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarını əhatə edən 9 seçki dairəsi üzrə seçici fəallığı müşahidə olunur.
70 saylı Masallı şəhər seçki dairəsi üzrə 10 namizəd mübarizə aparır. Dairə üzrə 43 məntəqədə 40 024 seçiçi var. Onlardan 60-I ilk dəfə səs verəcək gənclərdir. Bu dairə üzrə seçicilərdən ikisinin yaşı 100-dən yuxarı olan qadınlardır. Seçki proseslərini 821 yerli müşahidəçi izləyir. 11 məntəqədə Vebkamera quraşdırılıb.
71 saylı Masallı kənd seçki dairəsində mandatı uğrunda mübarizə aparan namizədlərin sayı 9 nəfərdir. Bu dairə üzrə 35276 seçici qeydə alınıb. Dairə üzrə fəaliyyət göstərən 42 məntəqədən 9-da veb-kamera quraşdırılıb.
72 saylı Yardımlı şəhər seçki dairəsi üzrə keçirilən Parlament seçkilərində namizədliyi qeydə alınanlardan 9-u iştirak edir. Dairə üzrə səsvermə hüququ olan 41179 seçici var. 5 məntəqədə Vebkamera vasitəsilə seçki prosesini izləmək mümkündür. Seçicilərin iştirakını təmin etmək məqsədilə 82 məntəqə yaradılıb. Seçicilərin 28-i ilk dəfə səs vermə hüququna sahib olanlardır. Dairə üzrə iki seçicinin yaşı 100-dən yuxarıdır. Onlar 51 və 75 saylı məntəqələr üzrə səs verəcəklər. 72 saylı DSK –da müşahidəçilərin sayı 1022 nəfərdir.
73 saylı Lənkəran şəhər seçki dairəsi qeydə alınan namizədlərdən 8-i hazırda millət vəkili olmaq üçün mübarizə aparır. Dairə üzrə 28 məntəqə təşkil olunub. Seçicilərin sayı 35 500 nəfər təşkil edir. Onlardan 600 nəfəri ilk dəfə səsvermə hüququ qazanan gənclərdir. Məntəqələrdən 12-də veb - kamera quraşdırılıb. MDB-dən olan beynəlxalq müşahidəçilər məntəqələrdə səsverməni izləyir.
74 saylı Lənkəran kənd seçki dairəsi 11 nəfər namizəd mübarizədə iştirak edir. 39 məntəqə üzrə seçicilərin sayı 35 434 nəfər təşkil edir. Bu dairədə 39 saylı məntəqədə bir nəfər 100 –yaşdan yuxarı seçici qeydə alınıb. ATƏT və MDB müşahidə missiyasını həyata keçirən nümayəndələr məntəqələrdə olub, seçki prosesini izləyirlər.
75 saylı Lənkəran-Masallı seçki dairəsi mübarizə aparan 6 namizəd var. Bu dairə üzrə 41 məntəqədə 38 746 seçicinin səsvermə hüququndan istifadə etməsi üçün lazımi şərait yaradılıb. Dairə üzrə 10 nəfər ilk dəfə səs verəcək olanlardır. Bölgənin ən yaşlı seçicisi də bu dairənin 12 saylı məntəqəsində daşınan qutu vasitəsilə yaşadığı evdə səs verib. O, 1905-ci il təvəllüdlü Boladi kənd sakinidir. Seçkini gedişatını 450 yerli müşahidəçi izləyir.
76 saylı Lənkəran-Astaraseçki dairəsi əhatə edən 45 məntəqədə seçicilərin ümumi sayı 38 746 nəfərdir. Bu dairə üzrə 7 namizəd mübarizə aparır. Məntəqələrin 6-da Vebkamera var.
77 saylı Astara seçki dairəsi 44 məntəqə üzrə seçicilərin sayı 39 864 nəfər təşkil edir. Onlardan 76 nəfəri ilk dəfə səs verəcək olanlardır. 100 yaşdan yuxarı 4 nəfər seçicinin olduğu dairədə prosesi 616 müşahidəçi izləyir. Bu dairənin 9 məntəqəsi Vebkamera ilə təchiz olunub. Bu dairədə 15 namizəd parlamentə mandat əldə etmək uğrunda mübarizə aparır.
78 saylı Lerik seçki dairəsi üzrə də namizədlərin sayı 15 nəfərdir. Yaradılan 108 məntəqədə 33 284 nəfər seçici üçün səsverməyə şərait yaradılıb. Səsverənlərin 75-i 18 yaşı yeni tamam olanlardır. 3 nəfər seçici isə 100 yaşı ötmüş seçicilərdir ki, onların ikisi 51 saylı, biri isə 103 saylı məntəqənin ərazisində səsvermədə iştirak edəcək. ATƏT-dən olan müşahidə missiyası və 1874 nəfər yerli müşahidəçi seçki prosesini izləyir.
Fiziki qüsurlu seçicilərin də səsvermədə fəal iştirakının təmin edilməsi məqsədilə məntəqələrdə panduslar quraşdırılıb, daşınan qutular vasitəsilə yaşlı və əlilliyi olan seçicilər evlərində səs verirlər.