Cəmalə Məmmədzadə: Məqsəd insanyönümlü şəhərlərin salınmasında gənclərin ideyalarının tətbiqidir

Daxili siyasət
  • 13 noyabr, 2026
  • 18:12
Cəmalə Məmmədzadə: Məqsəd insanyönümlü şəhərlərin salınmasında gənclərin ideyalarının tətbiqidir

Əsas məqsəd gənclərin ideyalarını insanyönümlü şəhərlərin salınmasında tətbiq etməkdir.

"Report" xəbər verir ki, bunu Milli Süni İntellekt Mərkəzinin marketinq və kommunikasiya departamentinin müdiri Cəmalə Məmmədzadə "İnsanyönümlü şəhərlər" hakatonunun mükafatlandırma mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, insanyönümlü şəhərlərin salınmasında gənclərin ideyalarından istifadə edilə bilər:

"Biz bu gün "İnsanyönümlü şəhərlər" adlı hakaton keçiririk. Məqsədimiz odur ki, gənclərin texnoloji və innovativ yönümlü, süni intellekt yönümlü ideyalarını real çağırışlarda sınamaq, çoxlu ideyalar toplamaq və bu ideyaların gələcəkdə insanniyyətli şəhərlər üçün tətbiq olunmasını təşviq etmək, həm də ki onların hazırladığı startapları ortaya çıxarmaqdır. Bizim üçün belə layihələrdə yer almaq çox önəmlidir".