Cəlilabad və Biləsuvarda ümummilli liderin əziz xatirəsi ehtiramla anılıb - YENİLƏNİB

Cəlilabad və Biləsuvarda ümummilli liderin əziz xatirəsi ehtiramla anılıb - YENİLƏNİB Cəlilabad rayonunda Azərbaycan dövlətinin memarı, qurucusu və xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Daxili siyasət
12 dekabr 2022 12:54
Cəlilabad və Biləsuvarda ümummilli liderin əziz xatirəsi ehtiramla anılıb - YENİLƏNİB

Biləsuvar rayonunda Azərbaycan dövlətinin memarı, qurucusu və xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları rayonda Heydər Əliyev parkına gələrək dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd olunub ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir.

Bildirilib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq və hər zaman dərin ehtiramla yad ediləcəkdir.

Həmçinin xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar rayon məktəblərində tədbirlər keçirilib.

14.30

Cəlilabad rayonunda Azərbaycan dövlətinin memarı, qurucusu və xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Cəlilabad və Göytəpə şəhərlərindəki Heydər Əliyev parkında yerləşən Ulu Öndərin abidəsini ziyarət ediblər. Onlar abidə önünə gül dəstələri düzüb və ehtiramlarını bildiriblər.

Həmçinin xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar rayonun təhsil müəssisələrində də müxtəlif tədbirlər keçirilib.

Orphus sistemi