Cəlilabadda tarixi abidənin ətrafına mühafizə zolağı çəkilib 

Cəlilabadda tarixi abidənin ətrafına mühafizə zolağı çəkilib  Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən “Paşatəpə” abidəsinin ətrafına mühafizə zolağı çəkilib.
Daxili siyasət
19 Avqust , 2024 08:02
Cəlilabadda tarixi abidənin ətrafına mühafizə zolağı çəkilib 

Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən “Paşatəpə” abidəsinin ətrafına mühafizə zolağı çəkilib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonunun Cəfərxanlı kəndində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovanın rəhbərliyi ilə “Paşatəpə” abidəsində mövsümi olaraq qazıntı işləri aparılır.

Neolit dövrünə aid olan bu qədim yaşayış məskənində son günlərdə tarixi əhəmiyyət kəsb edən nadir tapıntılar tapılıb. Bu səbəbdən abidənin Azərbaycan tarixi üçün verə biləcəyi böyük əhəmiyyəti dəyərləndirilərək onun mühafizəsinin gücləndirilməsi məqsədilə ətrafının hasarlanmasına göstəriş verilib.

“Paşatəpə” tarixi abidəsinin qorunması məqsədilə ətrafına 270 metr metal-tor və tikanlı məftillərlə mühafizə zolağı çəkilib.

Son xəbərlər

Orphus sistemi