Bu şənbə Azərbaycanda “sükut günü”dür
Daxili siyasət
- 05 fevral, 2020
- 05:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli Məclisə seçkilərlə əlaqədar fevralın 8-i, bu həftənin şənbə günü Azərbaycanda “sükut günü”dür.
“Report” xəbər verir ki, parlament seçkiləri ilə əlaqədar həmin gün seçkiqabağı təşviqat aparıla bilməz.
Seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-dən başlanılıb. Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır. Belə ki, seçkiqabağı təşviqat fevralın 8-də saat 08:00-da dayandırılacaq.
Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.
Son xəbərlər
13:16
"Formula 1" üzrə dünya çempionu olmuş Alan Cons vəfat edib
Formula 1
13:16
Elene Qubianuri: "Azərbaycanla akvakultura sahəsində əməkdaşlıqda maraqlıyıq"
ASK
13:15
BMT sammitinin iştirakçıları Bakıda dövlət idarəçiliyi sahəsində innovasiyaları müzakirə ediblər
İKT
13:15
ƏƏSMN 10 ayda 170 minə yaxın şəxsin işlə təmin olunmasına yardım göstərib
Maliyyə
13:15
Azərbaycanda maliyyə sanksiyaları və penya üzrə güzəştlər tətbiq edilə bilər
Biznes
13:13
Azərbaycanda vergi güzəşt və azadolmalarının müddətinin uzadılması nəzərdə tutulur
Biznes
13:12
Nazir: "Pensiya sisteminə əlçatanlığı artırmaq üçün yeni mexanizmlər tətbiq olunur"
Maliyyə
13:11
Baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 50 % artırılır
Biznes
13:09
DSMF-nin büdcədən asılılığı bir qədər də azaldılır
Maliyyə