Bu ilin 5 ayında qeydə alınan ölüm hallarının sayı açıqlanıb.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ölkədə cari ilin yanvar-may ayları ərzində 28 098 ölüm halı qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 6,8-ə düşüb.