Bu gündən ictimai yerlərdə siqaret çəkənlər 30 manat cərimələnəcək

Bu gündən ictimai yerlərdə siqaret çəkənlər 30 manat cərimələnəcək Siqaret çəkilməsi inzibati məsuliyyət yaradacaq
Daxili siyasət
29 Dekabr , 2017 16:50
Bu gündən ictimai yerlərdə siqaret çəkənlər 30 manat cərimələnəcək

Bakı. 29 dekabr. REPORT.AZ/ “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar bu gündən ictimai yerlərdə siqaret çəkilməsi inzibati məsuliyyət yaradacaq.

“Report” xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur.

Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu imzalayıb.

Son xəbərlər

Orphus sistemi