Yuxarı

BŞİH Müsavat Partiyası və Milli Şuranın mitinq keçirmələrinə razılıq verib

Bakı Şəhər İcra Hakimiyyətində müraciətlərə baxılıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətinə cavab verib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı "Report"a açıqlamasında deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və partiyanın sentyabrın 18-də, saat 15:00-dan 17:00-dək Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilib.

BŞİH Milli Şuranın da mitinqlə bağlı müraciətinə cavab verib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı "Report"a açıqlamasında deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və Milli Şuranın sentyabrın 17-də, saat 15:00-dan saat 17:00-dək Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi