Brayza: “Azərbaycan Heydər Əliyevin sayəsində böyük inkişafa nail olub”

Brayza: “Azərbaycan Heydər Əliyevin sayəsində böyük inkişafa nail olub” “Azərbaycan Heydər Əliyevin səyləri nəticəsində böyük inkişafa nail olub”.
Daxili siyasət
2 may 2023 08:19
Brayza: “Azərbaycan Heydər Əliyevin sayəsində böyük inkişafa nail olub”

“Azərbaycan Heydər Əliyevin səyləri nəticəsində böyük inkişafa nail olub”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında beynəlxalq ekspert, Ceymstaun Fondunun idarə heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi çox əlamətdar hadisədir.

"ADA Universiteti hər il Azərbaycanda baş verənləri müzakirə etmək üçün dünyanın hər yerindən ekspertləri, diplomatları, həmçinin keçmiş və indiki səfirləri bir araya toplayır. Bu, çox uğurlu alınır, çünki Azərbaycan sürətlə inkişaf edir", - o söyləyib.

M.Brayza qeyd edib ki, bu il tədbir Heydər Əliyev irsinə həsr olunub.

“O, müharibə, iqtisadi tənəzzül, neft-qaz sənayesinin və boru kəmərlərinin olmadığı ağır bir zamanda hakimiyyətə gəlib. Onun strateji baxışının dərinliyi heyrət doğurur”, - Brayza bildirib və əlavə edib ki, ağıllı investisiyalar, milli strategiya, insan kapitalı sayəsində indi hər şey dəyişib.

Orphus sistemi