"Bir İlk" İnkişaf Mərkəzi 1 yaşını qeyd edir

"Bir İlk" İnkişaf Mərkəzi 1 yaşını qeyd edir "Bir İlk" İnkişaf Mərkəzi fəaliyyət göstərdiyi bir il ərzində 100-dən çox uşağın inkişafına töhfə verərək, cəmiyyətimiz üçün həm fiziki, həm də zehni cəhətdən inkişaf etmiş uşaqlar yetişdirir. Mərkəzin bir illik fəaliyyətinə həsr olunmuş tədbirdə təsisçis
Daxili siyasət
16 Dekabr , 2024 16:08
Bir İlk İnkişaf Mərkəzi 1 yaşını qeyd edir

"Bir İlk" İnkişaf Mərkəzi fəaliyyət göstərdiyi bir il ərzində 100-dən çox uşağın inkişafına töhfə verərək, cəmiyyətimiz üçün həm fiziki, həm də zehni cəhətdən inkişaf etmiş uşaqlar yetişdirir. Mərkəzin bir illik fəaliyyətinə həsr olunmuş tədbirdə təsisçisi və baş direktoru Aytən Məmmədova bildirib ki, "Bir İlk" İnkişaf Mərkəzinin əsas məqsədi valideynlərə övladlarının inkişafı üçün təhlükəsiz və hər yaşa uyğun mühit təqdim etməkdir.

"Mən hər zaman insanlara faydalı bir məkan yaratmağı arzulamışam. Ölkədə ilk olaraq elə bir şərait yaratmaq istəmişəm ki, valideyn övladını dərnəyə və ya kursa gətirərkən öz vaxtından səmərəli istifadə etsin. Bir qadın sahibkar kimi ilk addımlarımı atarkən məni ən çox ilhamlandıran məhz öz uşaqlarım olub. Bir valideyn olaraq, uşaqların necə bir mühitdə böyüməli və hansı təhsil sistemi ilə inkişaf etməli olduğunu dərin şəkildə anlayıram.

Bu səbəbdən, digər valideynlərə də dəstək olmaq və onların həyatını asanlaşdırmaq məqsədilə "Bir İlk" İnkişaf Mərkəzini təsis etdim. Artıq evdar xanımlar "uşağa nəzarət edirəm, ona görə özümə vaxt ayıra bilmirəm" fikrinə son qoyaraq, istənilən yaşda olan uşaqlarını Mərkəzimizə etibar edir. Bu yanaşma, uşaqların gələcək uğurlarını təmin etməklə bərabər, valideynlərin də özlərinə inamını artırır”, - deyərək "Bir İlk" İnkişaf Mərkəzinin təsisçisi Aytən Məmmədova bildirib.

Mərkəzin baş direktoru qeyd edib ki, əsas amal cəmiyyətimizə həm fiziki, həm də zehni cəhətdən inkişaf etmiş uşaqlar yetişdirməkdir.

Dövlət rəsmilərinin və özəl sektorun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə vurğulanıb ki, "Bir İlk" İnkişaf Mərkəzi yalnız uşaqların inkişafını dəstəkləmir, eyni zamanda valideynlərdə özünəinam hissini gücləndirir. Valideynlər burada övladlarını etibarlı əllərə əmanət etməklə kifayətlənmir, eyni zamanda öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün mərkəzin kurs və dərnəklərindən yararlana bilirlər. Tədbirdə mərkəzin 1 il ərzində qazandığı uğurlar qeyd edilərək, növbəti addımlarda daha böyük nailiyyətlər arzu edilib.

Tədbirdə, həmçinin, mərkəzin ilk aylarından əməkdaşlıq edən və Azərbaycanda Qadın Sahibkarlarının İnkişafı Assosiasiyasının sədri Şəkinə Babayeva çıxış edərək "Bir İlk" İnkişaf Mərkəzinin fəaliyyətini yaxından izlədiyini vurğulayıb. O bildirib ki, mərkəz tərəfindən həyata keçirilən layihələr əsasən qadınlara və uşaqlara yönəlik faydalı təşəbbüslərlə cəmiyyətə müsbət töhfələr verib.

İşğaldan azad olunmuş ərazilərimizə qayıdan vətəndaşların tələbatını nəzərə alaraq, 2025-ci ilin ilk rübündə Qarabağ regionunda "Bir İlk" İnkişaf Mərkəzinin açılışı nəzərdə tutulur. Burada da valideynlər və uşaqlar üçün geniş imkanlar təqdim ediləcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi