"Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihəsinə yeni əlavələr edilib

"Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihəsinə yeni əlavələr edilib Layihə ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub
Daxili siyasət
13 Mart , 2015 13:16
Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında qanun layihəsinə yeni əlavələr edilib

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. "Report"un xəbərinə görə, komitə sədri Arif Rəhimzadə məlumat verərək bildirib ki, birinci oxunuşdan sonra layihəyə yalnız texniki redaktə xarakterli təkliflər əlavə olunub.

O qeyd edib ki, üç fəsil və 20 maddədən ibarət olan yeni qanunda bələdiyyə qulluqçularının xidməti davranış qaydaları, etik kodeksləri və intizam məsuliyyətləri göstərilib. Qanunda, həmçinin bələdiyyə qulluqçularının etik davranış qaydalarına nəzarət qaydaları da əks olunub. Sənəd özündə ehtiva edilənləri pozulmasına görə məsuliyyəti də nəzərdə tutur.

Layihə ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi