BDU rektorunun daha bir müşaviri işdən çıxarılıb - ƏLAVƏ OLUNUB

BDU rektorunun daha bir müşaviri işdən çıxarılıb - ƏLAVƏ OLUNUB Bakı Dövlət Universiteti (BDU) rektorunun Beynəlxalq əlaqələr üzrə müşaviri Çingiz İsmayılov vəzifəsindən azad olunub.
Daxili siyasət
12 Aprel , 2019 14:30
BDU rektorunun daha bir müşaviri işdən çıxarılıb - ƏLAVƏ OLUNUB

Bakı Dövlət Universiteti (BDU) rektorunun Beynəlxalq əlaqələr üzrə müşaviri Çingiz İsmayılov vəzifəsindən azad olunub.

“Report” xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.

Coğrafiya üzrə elmlər doktoru, professor Ç.İsmayılov bu vəzifəyə 2018-ci ilin sentyabrında təyin olunmuşdu.

Qeyd edək ki, əvvəllər BDU rektorunun 3 müşaviri olub. Ali məktəb rektorunun ümumi məsələlər üzrə müşaviri, kimya elmləri doktoru, professor İsmayıl Əliyev bir müddət əvvəl vəzifəsindən azad edilib. Hazırda yalnız bir müşavir – Məzahir Sultanov vəzifəsinin icrasını davam etdirir. 

***

BDU-dan bildirilib ki, rektorun beynəlxalq əlaqələr üzrə müşaviri Çingiz İsmayılov öz ərizəsi ilə vəzifəsindən azad edilib. O, Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasında daxili əvəzçiliklə 0,5 ştat professor vəzifəsində qalmaqla, seçki keçirilənədək Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə təyin edilib.

Son xəbərlər

Orphus sistemi