Baş Prokurorluq məlumatların operativ çatdırılması üçün sosial şəbəkələrdə yeni hesablar yaradıb

Baş Prokurorluq məlumatların operativ çatdırılması üçün sosial şəbəkələrdə yeni hesablar yaradıb Məlumat mübadiləsi zamanı kütləvi informasiya vasitələri kimi, sosial media vasitələri də əhəmiyyətli rola malikdir. Sosial media hesabları vasitəsilə insanlar məlumatları paylaşmaqla yanaşı, həm də bir-biri ilə ünsiyyət qura bilirlər. Bu g
Daxili siyasət
6 İyul , 2020 15:06
Baş Prokurorluq məlumatların operativ çatdırılması üçün sosial şəbəkələrdə yeni hesablar yaradıb

"Məlumat mübadiləsi zamanı kütləvi informasiya vasitələri kimi, sosial media vasitələri də əhəmiyyətli rola malikdir. Sosial media hesabları vasitəsilə insanlar məlumatları paylaşmaqla yanaşı, həm də bir-biri ilə ünsiyyət qura bilirlər. Bu gün ən məşhur və aktiv sosial media vasitələrindən biri sosial şəbəkələr hesab edilir".

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, bu məqsədlə prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək üçün facebook, instagram, twitter, youtube, telegram və linkedin sosial şəbəkələrində mövcud və yeni hesablar aktivləşdirilib: "Səhifələrdə daimi olaraq prokurorluq orqanlarının fəaliyyətinə dair informasiyalar çevik və operativ olaraq paylaşılacaqdır. Səhifələrin zamanın tələbinə uyğun olaraq vizual və texniki baxımdan gücləndirilməsi məqsədilə işlər davam etdirilir".

Son xəbərlər

Orphus sistemi