Bakıda zəfər yürüşü başa çatıb

Bakıda zəfər yürüşü başa çatıb 8 Noyabr-Zəfər Günü münasibətilə Bakıda genişmiqyaslı yürüş keçirilir.
Daxili siyasət
8 Noyabr , 2021 11:05
Bakıda zəfər yürüşü başa çatıb
0 : 00
0 : 00

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən genişmiqyaslı yürüş başa çatıb.

"Report" xəbər verir ki, aksiya Hərbi Qənimətlər Parkında yekunlaşıb.

10:35

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə genişmiqyaslı yürüş davam edir.

"Report" xəbər verir ki, aksiya iştirakçıları "Neftçilər" prospekti ilə Hərbi Qənimətlər Parkına doğru irəliləyirlər. 

Yürüşə Vətən müharibəsi qaziləri də qoşulublar.

İştirakçılar alqış sədaları altında "Yaşasın Azərbaycan", "Qarabağ Azərbaycandır", "Qələbə" şüarları səsləndirirlər. 

10:00

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə genişmiqyaslı yürüş keçirilir.

"Report"un əməkdaşı xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə "Azneft" dairəsindən başlayan aksiyada onminlərlə insan iştirak edir.

Yürüş iştirakçıları əllərində Azərbaycanın şanlı bayrağını tutublar. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları çiynlərində Azərbaycan bayrağı daşıyırlar.

Aksiya "Ağ şəhər" bulvarınada - Hərbi Qənimətlər Parkında yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi