Sabah Bakının yolları növbəti dəfə dezinfeksiya ediləcək

Sabah Bakının yolları növbəti dəfə dezinfeksiya ediləcək Xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Daxili siyasət
23 Aprel , 2021 11:47
Sabah Bakının yolları növbəti dəfə dezinfeksiya ediləcək
0 : 00
0 : 00

Aprel ayının 24-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

"Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi