Bakıda Mikayıl Hüseynov və Sadıq Dadaşovun birgə abidəsi ucaldılacaq - SƏRƏNCAM

Bakıda Mikayıl Hüseynov və Sadıq Dadaşovun birgə abidəsi ucaldılacaq - SƏRƏNCAM Prezident İlham Əliyev Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması barədə sərəncam imzalayıb.
Daxili siyasət
8 Oktyabr , 2022 17:51
Bakıda Mikayıl Hüseynov və Sadıq Dadaşovun birgə abidəsi ucaldılacaq - SƏRƏNCAM
İlham Əliyev

Prezident İlham Əliyev Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması barədə sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Bakı şəhərində görkəmli memarlar Mikayıl Hüseynovun və Sadıq Dadaşovun vahid kompozisiya şəklində birgə abidəsi ucaldılacaq.

Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət Nazirliyi ilə birlikdə Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Son xəbərlər

Orphus sistemi