Bu gündən Bakı metrosu, habelə paytaxtda, Sumqayıtda, Abşeron rayonunda şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslar fəaliyyətini bərpa edib.
"Report"un məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Qərara əsasən, 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı.
Qeyd edək ki, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.
Nazirlər Kabinetinin qərarına əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin yalnız Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunda 2020-ci ilin sentyabrın 30-dək tətbiqi nəzərdə tutulub.
Şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması sentyabrın 30-dək tətbiq ediləcək.