Bakı metropoliteni işçilərinin peşə bayramı günü dəyişdirilib

Bakı metropoliteni işçilərinin peşə bayramı günü dəyişdirilib Prezident İlham Əliyev “Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Daxili siyasət
19 Sentyabr , 2022 15:06
Bakı metropoliteni işçilərinin peşə bayramı günü dəyişdirilib

Prezident İlham Əliyev “Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, sərəncamla hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.

İndiyədək metropoliten işçilərinin peşə bayramı 8 noyabrda qeyd olunurdu.

Qeyd edək ki, 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi