Yuxarı
    Bağlamaq

    Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin keçirdiyi treninqlər başa çatıb

    Fevralın 10-da keçiriləcək imtahanda uğurlu nəticə göstərən treninq iştirakçılarına BBMM-in sertifikatları təqdim olunacaq

    Bakı 6 fevral. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Azərbaycan multikulturalizmi fənnini tədris edəcək pedaqoqlar üçün növbəti treninqlər təşkil edib.

    Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 14-dən fevralın 2-dək keçirilən treninqlərdə Bakı Dövlət Univeristeti, Azərbaycan Dövlət İqtisad Univeristeti, Azərbaycan Dövlət Pedaqoji Univeristeti, Bakı Slavyan Universiteti, Avrasiya Universiteti, Bakı Mühəndislər Universiteti və Kooperasiya Universitetinin müxtəlif elmi dərəcəli alimləri və müəllimləri iştirak edib.

    Treninqlərdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin baş məsləhətçiləri Etibar Nəcəfov və Həcər Verdiyeva, sözügedən Dövlət Xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Texniki Universitetin dosenti Əyyub Kərimov və BBMM-in şöbə müdiri Rəşad İlyasov müvafiq olaraq “Azərbaycan multikulturalizmi” fəninin predmeti və əhəmiyyəti”, “Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti”, “Etnik-milli müxtəliflik və Azərbaycan Respublikasının multikulturalizm siyasəti”, “Çoxkonfessiyalılıq və Azərbaycan Respublikasının multikulturalizm siyasəti”, “Azərbaycanda multikulturalizm: tarixi, mahiyyəti və əsas xüsusiyyətləri”, “Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları”,“Dünya ölkələrində multikulturalizm modelləri” mövzusunda təqdimatlarla çıxış ediblər.

    Treninqlər zamanı geniş diskussiyalar aparılıb, gələcəkdə fənni tədris edəcək müəllimlərin sualları ətraflı cavablandırılıb, onlara əyani vəsait kimi BBMM-in nəşrləri təqdim edilib.

    Qeyd ki, fevralın 10-da keçiriləcək imtahanda uğurlu nəticə göstərən treninq iştirakçılarına BBMM-in sertifikatları təqdim olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi