Bahar Muradova: "İlk Avropa Olimpiya Oyunları ilə bağlı bəzi dairələr ölkəmizə qarşı qərəzli kampaniya aparır"

Bahar Muradova: "İlk Avropa Olimpiya Oyunları ilə bağlı bəzi dairələr ölkəmizə qarşı qərəzli kampaniya aparır" "Azərbaycana qarşı aparılan bu qaralama kampaniyası da heç cür qəbul oluna bilməz"
Daxili siyasət
3 Aprel , 2015 16:03
Bahar Muradova: İlk Avropa Olimpiya Oyunları ilə bağlı bəzi dairələr ölkəmizə qarşı qərəzli kampaniya aparır

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanda keçiriləcək ilk Avropa Olimpiya Oyunları ilə bağlı beynəlxalq aləmdə bəzi dairələr tərəfindən ölkəmizə qarşı qərəzli qaralama kampaniyası aparılır. "Report" xəbər verir ki, bunu Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova aprelin 3-də Azərbaycanda səfərdə olan bir qrup tükiyəli media mənsubu ilə görüşündə bildirib.

Onun sözlərinə görə, həmin dairələr bu kampaniyanı daha çox öz nəzarətlərində olan media qurumları vasitəsilə həyata keçirirlər.

"Çox təəssüflər olsun ki, bəzi beynəlxalq dairələr idmandan da siyasi alət kimi istifadə etməyə çalışırlar, idmanı da siyasətə qatırlar. Bu qəbulolunmazdır. Eyni zamanda, Azərbaycana qarşı aparılan bu qaralama kampaniyası da heç cür qəbul oluna bilməz. Ona görə də hesab edirəm ki, həmin kampaniyaya qarşı bizim media da öz sözünü deməlidir. Bu məsələdə həm Azərbaycan, həm də qardaş Türkiyə mediası birgə fəaliyyət ortaya qoymalıdır" - B.Muradova əlavə edib.

B.Muradova bütün cəhdlərə baxmayaraq, Azərbaycanın ilk Avropa Olimpiya Oyunlarına da uğurla evsahibliyi edəcəyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi