Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (
“Report”un əldə etdiyi məlumata görə, QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov bununla bağlı müvafiq qərarlar qəbul edib.
AzTV-nin Böyük Britaniya və Yaponiya bürolarının bağlanması, Ukrayna və Şərqi Avropa üzrə təmsilçisinin isə geri çağırılaraq işdən azad edilməsi barədə qərar qəbul edilib. Bundan başqa, QSC-nin daxili strukturlarında da bir sıra şəxslərin vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilib. Qeyd olunan bürolardakı təmsilçilər təhfil-təslim üçün Bakıya çağırılıblar. Əldə olunan məlumata görə aparılan bütün kadr islahatlarına səbəb onların fəaliyyətilərində yol verdikləri ciddi nöqsanlardır.
Xatırladaq ki, bu gün yayılan digər məlumata görə AzTV-nin yeni rəhbərliyi digər qərarla qurumun maliyyə rəhbərliyini vəzifədən azad edib, audit yoxlamalarına başlanılıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti