Azərbaycan MSK sədri: "Heç bir ölkədə ideal seçki keçirilmir"

Azərbaycan MSK sədri: "Heç bir ölkədə ideal seçki keçirilmir" "Kiçik səhvlər də olanda kimlərsə bunu əlində əsas tutur"
Daxili siyasət
8 Dekabr , 2014 14:17
Azərbaycan MSK sədri: Heç bir ölkədə ideal seçki keçirilmir
Bakı. 8 dekabr.REPORT.AZ/ “Seçkilər keçirərkən müşahidəçi baxımından heç vaxt problemlə üzləşməmişik. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də MSK çox ciddi şəkildə mövqe ortaya qoyub. Seçkiləri müşahidə etmək arzusunda olanların heç birinə əngəl olmamışıq. MSK müşhidəçi qismində müraciət edənlərin hamısına şərait yaradır”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

M.Pənahov bildirib ki, bu, ümumxalq seçkisidir, ona görə də hər kəs fəal olmalıdır: "Heç bir ölkədə ideal seçki keçirilmir. Azərbaycanda da kiçik mənfi hallar baş verə bilər. Biz çalışacağıq ki, belə halların da qarşısını alaq. Veb-kameraların  quraşdırılması da bundan ötrüdür. Seçkidə əsas tələb çoxluğun fikrinin ortada olmasıdır. Düzdür, kiçik səhvlər də olanda kimlərsə bunu əlində əsas tutur. Çalışmalıyıq, onlara bəhanə verməyək. Mətbuat da bu məsələdə diqqətli olmalıdır”.

Son xəbərlər

Orphus sistemi