AZƏRTAC-ın işçilərinin sayı artırılıb

AZƏRTAC-ın işçilərinin sayı artırılıb Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) ştat sayı artırılıb.
Daxili siyasət
15 Noyabr , 2018 10:34
AZƏRTAC-ın işçilərinin sayı artırılıb
0 : 00
0 : 00

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) ştat sayı artırılıb.

“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında” Nazirlər Kabinetinin 2003-cü il 1 fevral tarixli 15 nömrəli qərarına dəyişiklik edib.

Sənədə əsasən, AZƏRTAC-ın işçilərinin ştat sayının son həddi 221-dən 222-yə qaldırılıb.

Qərarla Azərbaycan Dövlət İnformasiya Agentliyi və Maliyyə Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

İngilis versiyası AZERTAC expands its staff

Son xəbərlər

Orphus sistemi