Azərbaycanın Çindəki səfirliyində səsvermə başa çatıb, Vaşinqtonda yeni başlayıb

Azərbaycanın Çindəki səfirliyində səsvermə başa çatıb, Vaşinqtonda yeni başlayıb Bakı. 11 aprel. REPORT.AZ/ Saat fərqinə uyğun olaraq, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində yaradılmış seçki məntəqəsindəki səsvermə başa çatıb. Seçkilər səfirliyimizdə qeydiyyatda olan vətəndaşların yüksək seçici fəallığı ilə azad və demokratik şəraitdə keçib.
Daxili siyasət
11 Aprel , 2018 17:44
Azərbaycanın Çindəki səfirliyində səsvermə başa çatıb, Vaşinqtonda yeni başlayıb
Report

Bakı. 11 aprel. REPORT.AZ/ "Saat fərqinə uyğun olaraq, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində yaradılmış seçki məntəqəsindəki səsvermə başa çatıb. Seçkilər səfirliyimizdə qeydiyyatda olan vətəndaşların yüksək seçici fəallığı ilə azad və demokratik şəraitdə keçib".

Bunu "Report"un sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, yerli saata uyğun olaraq, Azərbaycanın Vaşinqtondakı səfirliyində seçki məntəqəsi bir saatdan artıq vaxtdır açılıb: "Təqribən, saat yarımdan sonra Los-Ancelsdəki Baş Konsulluğumuzda seçki məntəqəsi açılacaq. Ümumiyyətlə, ən son bağlanan seçki məntəqəsi Los-Ancelsdəki Baş Konsulluğumuz olacaq.

Diplomatik nümayəndəliklərimizdəki səsvermələrdə də yüksək seçici fəallığı müşahidə olunub.

Diplomatik nümayəndəliklərimizdə yaradılmış seçki məntəqələrindəki səsvermələrin nəticələri 17-ci və 16-cı Yasamal seçki dairələrinə bildirilir".

Son xəbərlər

Orphus sistemi