Azərbaycanda referendumqabağı təşviqat müddəti başa çatıb
Daxili siyasət
- 25 sentyabr, 2016
- 04:00
Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycanda referendumqabağı təşviqat müddəti başa çatıb.
"Report"un xəbərinə görə, təşviqatı referendum üzrə qeydə alınmış təşviqat qrupları aparıb.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, təşviqat səsvermə gününə 23 gün qalmış - sentyabrın 3-də başlanmalı və səsvermənin başlanmasına 24 saat qalanadək - sentyabrın 25-i saat 8.00-da dayandırılmalıdır.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası üç təşviqat qrupunu qeydə alıb. Bunlar "Yeni Azərbaycan", "Bələdiyyə" və Vətəndaş Cəmiyyəti" təşviqat qruplarıdır.
Son xəbərlər
10:49
Masato Kanda ikinci müddətə ADB-nin prezidenti seçilib
Maliyyə10:49
Ceyhun Bayramov Abbas Əraqçi ilə görüşüb
Xarici siyasət10:48
Robert Moreno Cənubi Koreya millisinin müvəqqəti baş məşqçisi təyin olunub
Futbol10:45
Fərid Osmanov: "MyGov" platformasında 4 milyon istifadəçi var"
İKT10:42
İlham Əliyev "ŞƏT plyus" formatında iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gəlib
Xarici siyasət10:42
Ötən ay 7568,9 hektar ərazi minalardan təmizlənib
Daxili siyasət10:41
Dünya Bankı Bakıda su təchizatı sisteminin yaxşılaşdırılması üçün Azərbaycana qrant ayırıb
İnfrastruktur10:31
Bredli Barkolanın "Liverpul"a keçidi futbol tarixinin ən bahalı 10 transferi sırasına düşüb
Futbol10:31