Azərbaycanda bir partiyanın 2 funksioneri koronavirusdan ölüb

Azərbaycanda bir partiyanın 2 funksioneri koronavirusdan ölüb Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Yeganə Mehdibəyli bu gün səhər saatlarında vəfat edib.
Daxili siyasət
11 Sentyabr , 2021 13:14
Azərbaycanda bir partiyanın 2 funksioneri koronavirusdan ölüb
Yeganə Mehdibəyli və İntiqam Dadaşov

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Yeganə Mehdibəyli vəfat edib.

"Report" xəbər verir ki, o, bir müddət əvvəl koronavirusa yoluxubmuş.

Həkimlərin səyinə baxmayaraq, partiya funksionerinin həyatını xilas etmək mümkün olmayıb. Y.Mehdibəyli sentyabrın 11-də səhər saatlarında dünyasını dəyişib.

Bundan əlavə, partiyanın Qəbələ rayon təşkilatının sədri İntiqam Dadaşov da koronavirus səbəbilə dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi