Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.
"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 10081 nikah və 5124 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 4-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,0) qalıb.