Azərbaycanda koronavirusdan sağalanların sayı 2 mini keçdi

Azərbaycanda koronavirusdan sağalanların sayı 2 mini keçdi Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.
Daxili siyasət
17 May , 2020 18:05
Azərbaycanda koronavirusdan sağalanların sayı 2 mini keçdi

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 3 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 015 nəfər müalicə olunaraq sağalıb, 39 nəfər vəfat edib, 1 220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Son xəbərlər

Orphus sistemi