Azərbaycanda hakimlərin cəzalandırılması mexanizminin hazırlanması təklif olunur

Azərbaycanda hakimlərin cəzalandırılması mexanizminin hazırlanması təklif olunur "Hakimlərin cəzalandırılması mexanizmi olmalıdır".
Daxili siyasət
25 May , 2022 11:41
Azərbaycanda hakimlərin cəzalandırılması mexanizminin hazırlanması təklif olunur

"Hakimlərin cəzalandırılması mexanizmi olmalıdır".

"Report" xəbər verir ki, bunu hüquq müdafiəçisi Çingiz Qənizadə Vəkillər Kollegiyasında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bəzən məhkəmə hakimləri öz üzərlərinə düşən vəzifələri yerinə yetirməyi gecikdirirlər: "Düşünürəm ki, bu kimi məsələlərdə hakim-vəkil münasibətlərinin qaydasında olmasını təkmilləşdirmək üçün hakimlərin cəzalandırılması mexanizmi olmalıdır. Bu neqativ halların qarşısını almağa kömək edəcək. Çünki bu gün hələ də müəyyən neqativ hallar qalır. Hesab edirəm ki, bu problemlərin həlli üçün sizin fəaliyyətiniz öz müsbət nəticəsini verəcək".

Son xəbərlər

Orphus sistemi