Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı açıqlanıb Azərbaycanda məhkəmələrdə ümumilikdə 616 hakim fəaliyyət göstərir ki, onlardan 151-i xanımdır.
Daxili siyasət
17 May , 2024 14:41
Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı açıqlanıb

Azərbaycanda məhkəmələrdə ümumilikdə 616 hakim fəaliyyət göstərir, onlardan 151-i xanımdır.

"Report"un əldə etdiyi məlumata görə, orta hesabla Azərbaycanda hər 100 min nəfərə 6,2 hakim düşür.

Məlumata əsasən, Avropanın bir çox ölkələrində hər 100 min nəfərə orta hesabla 22,2 hakim düşür və bu baxımdan Azərbaycanda hakimlərin sayı Avropada ən aşağı göstəricidir.

"Hakimlərin sayının az olması isə iş yükünə əhəmiyyətli dərəcədə təsir edir", - məlumatlı mənbə vurğulayıb.

Son xəbərlər

Orphus sistemi