Yuxarı

​Azərbaycanda dekabrın 23-ü qeyri-iş günü müəyyən olunub

Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab edilmir

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu il dekabrın 23-ü - həftənin çərşənbə axşamı qeyri-iş günüdür. Bu barədə "Report"a Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

Belə ki, Azərbaycan Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur.

Qeyd edək ki, Azərbaycanda dekabrın 23-də 118 dairədə keçiriləcək bələdiyyə seçkilərində 1 607 bələdiyyəyə 15 035 üzv seçilməlidir. İndiyədək bələdiyyə üzvlüyünə 37 232 nəfərin namizədliyi qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi