Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycanda bu ilin 10 ayı ərzində 4 min əcnəbi readmissiya olunub.
"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Pərviz Musayev qayıdış və readmissiya üzrə beynəlxalq tədbirdə çıxışı zamanı məlumat verib.
O bildirib ki, 3 min əcnəbinin Azərbaycanda yaşaması leqallaşdırılıb: "22 min əcnəbi isə öz istəkləri ilə ölkələrinə könüllü olaraq göndərilib".