Azərbaycanda bələdiyyələr büdcənin icrası ilə bağlı məlumatları xüsusi lövhələrdə yerləşdirəcəklər

Daxili siyasət
  • 07 aprel, 2017
  • 14:00
Azərbaycanda bələdiyyələr büdcənin icrası ilə bağlı məlumatları xüsusi lövhələrdə yerləşdirəcəklər
Report.az

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycanda bələdiyyələr büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitlə yerli əhalini tanış etmək məqsədilə məlumatları xüsusi lövhələrdə yerləşdirəcəklər.

“Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qanuna görə, yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə müstəqil auditorları cəlb edir.

Layihəyə əsasən, yerli əhalini tanış etmək məqsədilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən 1 ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdiriləcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

44 filmi