Bakı. 23 dekabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərində yekun seçici fəallığı ilə bağlı nəticələri açıqlayıb.
“Report”un məlumatına görə, MSK Katibliyinin "Seçkilər" İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib ki, səsverməyə start verilən andan (08:00) indiyədək (19:00) ölkə üzrə 4 819 382 seçicidən 38,93 faizi (1 876 014 nəfər) səsvermədə iştirak edib.
R.Gülməmmədov bildirib ki, "Seçkilər" İnformasiya Mərkəzinə 138 müraciət daxil olub. Müraciətlər sosial şəbəkələr, 115 saylı “Qaynar xətt”ə zənglə və başqa vasitələrlə edilib. Müraciətlər əsasən seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün olub. İndiyədək qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb.