Azərbaycanda daha 7 yeni koronavirusa yoluxma qeydə alındı

Azərbaycanda daha 7 yeni koronavirusa yoluxma qeydə alındı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah açıqlama yayıb.
Daxili siyasət
23 Mart , 2020 15:54
Azərbaycanda daha 7 yeni koronavirusa yoluxma qeydə alındı
0 : 00
0 : 00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah açıqlama yayıb.

Qərargahdan "Report"a daxil olan açıqlamada bildirilib ki, Azərbaycan Respublikasında 7 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

"Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan 61 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərinin vəziyyəti orta-ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruru tədbirlər davam etdirilir.

Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

Koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün hər bir şəxs gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidir.

Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur", - qərargahdan bildirilib.

Son xəbərlər

Orphus sistemi